1xeber.media xəbər verir ki, Rusiya tərəfi Ukrayna ilə bağlı danışıqlarda vəziyyətin dəyişdiyini açıqlayıb.
Rusiya Federasiya Şurasının senatoru Qriqori Karasin bildirib ki, Nyu-Yorkda aparılan təmasların gedişi Ukrayna münaqişəsinin nizamlanması ətrafında atmosferin dəyişdiyini göstərir.
Karasin 81-ci BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda Rusiyanın nümayəndə heyətinin tərkibində iştirak edir.
Onun sözlərinə görə, tərəflər hazırda düzgün istiqamətdə irəliləyirlər. Bununla belə, Karasin mövcud vəziyyətin NATO və Qərbin nəzarətində olduğunu iddia edib.

















