
1xeber.media xəbər verir ki, ABŞ-ın 30 illik dövlət istiqrazlarının gəlirliliyi 2004-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib.
Sentyabrın 24-də göstərici 5,49 faizə çatıb. 10 illik ABŞ xəzinə istiqrazlarının gəlirliliyi də 5,20 faizə yüksələrək 2007-ci ildən bəri ən yüksək həddə çatıb.
Analitiklər artımı ABŞ iqtisadiyyatının dayanıqlı qalması, inflyasiya təzyiqləri, yüksək enerji qiymətləri və Federal Ehtiyat Sisteminin faiz dərəcələrini yenidən artıracağı ilə bağlı gözləntilərlə əlaqələndirirlər.
İstiqraz gəlirliliyinin yüksəlməsi ABŞ-da kredit və ipoteka xərclərinə də təsir göstərir. 30 illik sabit ipoteka faizləri sentyabrın 24-də orta hesabla 7,03 faizə yüksəlib.
















