Sentyabrın 28-də Vətən müharibəsi şəhidləri Quliyev Vüsal Tahir oğlunun və Quliyev Samir Məhərrəm oğlunun anım günüdür.
1xeber.media xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra başçısı aparatının kollektivi, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidlərin Şilavar və Velədi kəndlərindəki məzarlarını ziyarət ediblər. Şəhidlərin məzarları önünə tər çiçəklər düzülüb və ruhlarına dualar oxunub.
Taleh Qaraşov şəhid ailələri ilə həmsöhbət olaraq onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.
Şəhidlərin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!




















