İran zənginləşdirilmiş nüvə materiallarını ölkə xaricinə çıxarmaq niyyətində deyil və onları öz ehtiyacları üçün istifadə edəcək.
1xeber.media xəbər verir ki, bunu noyabrın 11-də İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib.
Onun sözlərinə görə, Tehran bu qərar barədə Rusiyadakı tərəfdaşlarını da məlumatlandırıb.
Rzayi qeyd edib ki, İran zənginləşdirilmiş nüvə materiallarını milli sərvət hesab edir. O, bu materialların, xüsusilə də gəmi və sualtı qayıqların inşası üçün lazım olduğunu vurğulayıb.
















