Almaniyanın xarici işlər naziri Annalena Baerbok fransalı həmkarı Jan-Noel Barro ilə Suriyaya elan olunmamış səfər edib.
1xeber.media xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Barbok fransalı həmkarı Barro ilə birlikdə və Aİ adından Əhməd əş-Şaraa və Suriya vətəndaş cəmiyyətinin nümayəndələri ilə danışıqlar aparacaq”, - Almaniya XİN bildirib.