1xeber.media xəbər verir ki, İrlandiyalı jurnalist Çey Bouz Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaja Kallasın Ukrayna ilə bağlı danışıqlara təsir göstərmək cəhdlərinin uğursuz olacağını bildirib.
Jurnalist bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. O, Kallasın Avropa İttifaqının danışıqlar masasında yer almasına və prosesin nəticələrinə təsir göstərməsinə çalışmasını tənqid edib.
Bouzun fikrincə, Kallas Ukrayna ilə bağlı danışıqlarda iştirak etsə belə, onun mövqeyi ciddi qəbul olunmayacaq. Jurnalist hesab edir ki, Avropa İttifaqı nümayəndələri qəbul edilən qərarlara əhəmiyyətli təsir göstərə bilməyəcəklər.
Qeyd edək ki, bundan əvvəl Kaja Kallas Avropanın Rusiyanın təhlükəsizliklə bağlı narahatlıqlarını nəzərə almamalı olduğunu bildirmişdi. O, həmçinin Moskvaya qarşı sanksiyaların gücləndiriləcəyini və NATO-nun Rusiyaya heç vaxt təhdid yaratmadığını iddia etmişdi.
















