Milli Məclis Orta Kür kontrakt sahəsi üzrə Sazişi təsdiqləyib.
1xeber.media xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə
“ExxonMobil Exploration & Production Azerbaijan Limited” şirkəti və “Middle Kura” MMC arasında Saziş”in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi müzkirəyə çıxarılıb.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

















