Xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimində iştirak edib.
1xeber.media xəbər verir ki, mərasimdə çıxış edən nazir Estoniyanın Bakıda rezident diplomatik nümayəndəliyinin fəaliyyətə başlamasını alqışlayaraq, bunun münasibətlərdə mühüm mərhələ kimi əhəmiyyətini vurğulayıb.

















