Tramp İran əvəzinə İsraili “məhv etdi”: ABŞ prezidenti ölkələri səhv saldı
ABŞ prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən İsraillə İranı səhv salaraq İsrail ordusunun Amerika Silahlı Qüvvələri tərəfindən məhv edildiyini bildirib.
1xeber.media xəbər verir ki, onun çıxışından olan görüntülər sosial şəbəkələrdə yayılıb.
Hadisə Trampın ABŞ administrasiyasının İsrailin yeni rəhbərliyi ilə necə işləyəcəyi barədə suala cavabı zamanı baş verib.
Amerika lideri çıxışında bildirib ki, həmin ölkənin ordusu, hərbi hava qüvvələri, donanması və hava hücumundan müdafiə sistemləri məhv edilib. O, həmçinin nüvə obyektlərinin də ABŞ tərəfindən dağıdıldığını iddia edib.
Trampın açıqlamasında İsraili nəzərdə tutduğu, lakin əslində İranın hərbi potensialına dair danışarkən ölkələrin adını qarışdırdığı diqqət çəkib.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı zamanı İran məsələsinə görə ciddi fikir ayrılığı yarandığı barədə məlumatlar yayılmışdı.
Mənbələrin iddiasına görə, telefon danışığı kifayət qədər gərgin keçib və tərəflər arasında kəskin mübahisə yaşanıb.

















