Ukrayna Prezidenti Volodimir Zelenski hərbçilərə Krım körpüsünün tamamilə məhv edilməsini istədiyini bildirib.
1xeber.media xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətlərindən biri bildirib ki, Kiyev körpüyə qarşı yeni hücumlara hazırlaşır. Onun sözlərinə görə, əvvəlki hücumlarda Ukraynanın “Neptun” gəmi əleyhinə qanadlı raketləri mühüm rol oynayıb.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələri noyabrın 16-da, 17-də və 19-da Krım körpüsünə zərbələr endirib. Hücumlar nəticəsində körpünün avtomobil nəqliyyatı üçün istifadə olunan hissəsinə ciddi ziyan dəyib.
Rusiya Prezidenti Vladimir Putin hücumları şərh edərkən Krım körpüsünün mülki obyekt olduğunu və uzun müddətdir hərbi texnikanın daşınması üçün istifadə edilmədiyini bildirib. O, Rusiyanın bu hücumlara cavab verəcəyini vurğulayıb.
















