Yanvarın 7-dən etibarən Azərbaycandan Bolqarıstana təbii qaz tədarükü texniki səbəblərə görə müvəqqəti dayandırılıb.
1xeber.media xəbər verir ki, bu barədə "Bulqarqaz" məlumat yayıb.
Qaz verilişinin 11 yanvar 2025-ci ildə bərpa olunması gözlənilir.
"Bulqarqaz" müvəqqəti olaraq yaranan problemi Türkiyənin BOTAŞ şirkətinin ehtiyatları hesabına aradan qaldırıb.