Slovakiyanın baş naziri Robert Fiko Ukrayna prezidenti Vladimir Zelenskini iki ölkə arasındakı mübahisəni həll etmək üçün qaz tranziti ilə bağlı danışıqlara dəvət edib.
1xeber.media xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentlik Slovakiya hökumətinin başçısının Ukrayna liderinə ünvanladığı məktubun mətnindən sitat gətirir: “Belə görüş Slovakiyaya və digər ölkələrə Ukrayna ərazisindən qaz nəqlinin açıq müzakirəsi üçün yaxşı zəmin yaradacaq”.
Daha əvvəl Fiko bəyan etmişdi ki, Rusiya qazının Avropaya tədarükü məsələsində Ukraynasız da etmək olar. O əlavə edib ki, yerli enerji şirkəti SPP cari istilik mövsümünə əvvəlcədən hazırlaşıb və öz yeraltı anbarlarını əvvəlcədən doldurub. Buna görə də, Bratislava enerji ilə bağlı fövqəladə hallar zamanı təhlükəsizlik şəbəkəsinə malikdir.