Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi bir irəliləyişdir.
1xeber.media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
“Bu, həqiqətən də sıçrayışlı sənəd Rusiya və İranın, eləcə də bütün Avrasiya regionunun sabit və davamlı inkişafı üçün lazımi şəraitin yaradılmasına yönəlib”, - prezident vurğulayıb.