Azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlar müsabiqə vasitəsilə icarəyə veriləcək
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müəyyənləşdirdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək.
1xeber.media xəbər verir ki, bu məsələ parlamentin noyabrın 7-də keçirilən plenar iclasının gündəliyinə üçüncü oxunuşda daxil edilmiş “Torpaq icarəsi haqqında” qanun layihəsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müəyyənləşdirdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək.
Qanun layihəsi səsverməyə qoyularaq təsdiqlənib.