Avropa İttifaqı (Aİ) ABŞ prezidenti Donald Trampın Aİ ölkələrinin nümayəndələrini Ukrayna üzrə sülh danışıqlarından kənarlaşdıracağından ehtiyat edir.
1xeber.media xəbər verir ki, bu barədə yanvarın 27-də İspaniyanın “El Pais” qəzeti məlumat yayıb.
Nəşr xatırladıb ki, səlahiyyət müddəti 2024-cü il mayın 20-də başa çatan Ukrayna prezidenti Vladimir Zelenski Avropaya danışıqlar masası arxasında yerin təmin olunmadığını deyib.
Bundan əlavə, Tramp administrasiyası Kiyev üçün o qədər də sərfəli olmayacaq saziş hazırlayır və Avropaya Ukraynanın bərpası üçün yalnız maliyyə donoru kimi baxır, Avropadan adını açıqlamayan yüksək rütbəli mənbə qəzetə bildirib. Bu o deməkdir ki, Aİ-nin Vaşinqtonla münasibətlərə təsir rıçaqları azdır.