“Biz ancaq AZAL-ın qəzaya uğramış təyyarəsinin video və fotolarını görmüşük, buna görə də hava gəmisinin korpusunda tam dəqiq olaraq güllənin, mərminin, yaxud raket qəlpəsinin izi olmasını demək çətindir”.
Bunu “Yeni Sabah”a “Ground Technical Support” (GTS) şirkəti direktorunun birinci müavini, ehtiyatda olan polkovnik Əhəd Əzizov bildirib.
Xatırladaq ki, bu həftə Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin “qara qutu”sunun stenoqramı açıqlanmalıdır. Bundan əvvəl Rusiyanın “Baza” teleqram kanalı “sızmış məlumatlar” əsasında stenoqramı dərc edib. Lakin Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev yanvarın 24-də keçirdiyi mətbuat konfransında internetdə yayılan məlumatların həqiqiliyinə şübhə ilə yanaşıb: “Qara qutu” kapitan, pilot və ekipaj üzvlərinin apardığı bütün danışıqları ehtiva edir, buna əsaslanaraq anladım ki, bu, bizim istintaq qrupundan bir sızma deyil... Təyyarənin qalıqları Aktaudakı anqardadır, o, müvafiq beynəlxalq ekspertlər tərəfindən də araşdırılıb, nəticəni onlar verəcəklər. Səsyazısı materialları aviasiya qəzasını araşdıran başqa qrupdadır: nə baş verib, nə vaxt olub, ekipaj necə davrandı, peşəkarcasına, qeyri-peşəkarcasına, yerdən verilən əmrlər... məncə, bu materialların açılması bir çox eyhamları aradan qaldıracaq”.
Əhəd Əzizov da Rusiya mediasında dərc olunan stenoqrama şübhə ilə yanaşır:
“Bu barədə tam dəqiq nəsə demək çox çətin məsələdir. Amma Rusiya tərəfi də etiraf edir ki, onlar “Pantsir S-1” sistemlərini Suriyadan çıxarıb Şimali Qafqaza gətiriblər. Bu, ehtimalı bir az da konkretləşdirir.
“Pantsir S-1”in üzərində olan 30 millimetrlik kalibrli avtomatik top var. Xəsarət topdan atılan mərmilərinin təyyarəyə dəyməsi nəticəsində baş verə bilər. Biz ancaq AZAL-ın qəzaya uğramış təyyarəsinin video və fotolarını görmüşük, buna görə də hava gəmisinin korpusunda tam dəqiq olaraq güllənin, mərminin, yaxud raket qəlpəsinin izi olmasını demək çətindir. Amma dəliklərin ölçülərinə nəzər saldıqda, bir çoxunun raket qəlpəsindən baş verdiyi aydın görünür. Lakin müəyyən bir hissə 30 millimetrlik mərminin izlərinə bənzəyir”.
AZAL təyyarəsinin Qroznıya yaxınlaşması ilə dron hücumunun eyni zaman kəsiyində baş verməsi, vurulan PUA-nın mülki təyyarənin yaxınlığından uçması ehtimalına ekspert belə münasibət bildirib:
“Mən dron məsələsi ilə bağlı iddiaya inanmıram və inanmaq da istəmirəm. Birincisi, hava məkanı tam bağlanmalı idi. Əgər hava “Pantsir S-1” heyətinin tapşırıqları qeyri-düzgün icra etməsindən irəli gələn faktordur”. hücumundan müdafiə qüvvələri artıq hazırlıq göstərişi alıb hansısa hava hədəfini izləməyə başlayıbsa, artıq həmin məkan qapalı olmalı idi. Təkcə AZAL təyyarəsi deyil, həmin istiqamətdə uçan bütün mülki təyyarələrə komanda verilməli idi ki, o istiqamətdə uçmasın və marşrutu hansısa bir aeroport istiqamətində dəyişsinlər. Bu baxımdan, hər hansı dronun bizim təyyarənin yanında uçması və həmin dron vurulan zaman AZAL təyyarəsinin də zədələnməsi iddiası inandırıcı deyil. Bu sadəcə olaraq yerdə olan