Baş nazirin müavini Samir Şərifov İqtisadi Şuranın üzvləri sırasına daxil edilib.
1xeber.media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Qeyd edək ki, S.Şərifov bir müddət öncə dövlət başçısının Sərəncamı ilə maliyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib.