Gənc oğlan dəm qazından boğuldu
Biləsuvarda 29 yaşlı oğlan dəm qazından boğularaq ölüb.
1xeber.media “Qafqazinfo” xəbər verir ki, bədbəxt hadisə dünən Ovçubərə kəndində baş verib.
Belə ki, kənd sakini İbabəyli Rəşad Əlibala oğlu yaşadığı mənzildə ölü tapılıb.
Onun ölümünə səbəb kimi qaz sobasının borusunda quşların yuva qurması olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.