Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Noyabrın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 3 tapança, 5 tüfəng, 41 patron darağı və 1706 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
1xeber.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb