Polis əməkdaşları itkin düşənləri tapdı
Hər gün ölkədə baş verən müxtəlif hadisələrdə daim ayıq-sayıq vəziyyətdə işini layiqincə yerinə yetirən Daxili İşlər Orqanlarının əməkdaşları 7 noyabr tarixində də bir sıra hadisələrə operativ reaksiya verib.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Noyabrın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 3 tapança, 9 tüfəng, 5 patron darağı və 38 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Noyabrın 7-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Polis əməkdaşlarının noyabrın 7-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib