Abşeron rayonunda yerləşən mənzillərin birindən ümumi dəyəri 5 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən X.Cavadov və N.Mustafayev müəyyən edilərək saxlanılıblar.
1xeber.media xəbər verir ki.araşdırmalar zamanı onların qızıl-zinət əşyalarını usta kimi işlədikləri mənzildən oğurladıqları müəyyən edilib.
Araşdırmalar davam etdirilir.

















