Gülyanaq və Gülyaz bacılarına Daşkənddə ev hədiyyə edilib? - Özü açıqladı
Gülyanaq və Gülyaz bacılarına Daşkənddə ev hədiyyə edilib? - Özü açıqladı
Xalq artisti Gülyanaq Məmmədova Özbəkistanın paytaxtı Daşkənd şəhərində ona ev hədiyyə edilməsi ilə bağlı məlumata aydınlıq gətirib.
1xeber.media xəbər verir ki, müğənni Qaynarinfo-ya bu məlumatın bir zarafat olduğunu bildirib:
"Verilişdə zarafat ediblər. Belə bir şey yoxdur. Yəni, Özbəkistanda mənə ev hədiyyə edilməyib".
Qeyd edək ki, Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarına Özbəkistanda ev hədiyyə edildiyi ilə bağlı ölkə mətbuatında məlumat yayılıb. Xatırladaq ki, Gülyaz və Gülyanaq Məmmədovalar Azərbaycan və Özbəkistanın Xalq artistləridir.