"Əkinçi" qəzeti fəaliyyətini dayandırdıqdan sonra 1890 -cı illərdə Azərbaycanda ana dilində yeni qəzetlərin yaranması üçün senzuraya 15 cəhdlə müraciət edilir,lakin o dövrdə tam ciddi qaydalarla işləyən qurumdan müsbət cavab almaq mümkün olmur.
1xəbər.media xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli ADA Universitetində keçirilən “Azərbaycan mətbuat tarixi” və “Media etikası” mövzularında Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə həsr olunan seminarda deyib.
Natiq Məmmədli bildirib ki, XIX əsrdə senzura funksiyasını yerinə yetirən şəxslər əsasən gimnaziyalarda çalışan müəllimlər olub.
“Onlar qəzetlərdə dərc olunacaq yazıları senzura baxımından yoxlayırdılar.
O, həmçinin sovet dövründə tətbiq edilən senzura rejiminə də toxunaraq qeyd edib ki, bu nəzarət sistemi təkcə Azərbaycanda deyil, ümumilikdə Rusiya imperiyası və sonrakı Sovet İttifaqında da bütün mətbu orqanlara qarşı sərt şəkildə həyata keçirilib.
N.Məmmədli həmin dövr üçün təklif olunan qəzet adlarına da toxunub.
1."Çıraq"-1891-Təşəbbüskarı-Kuzmin.
2."Azərbaycan"-1891-Kamal və Cəlal Ünsüzadə qardaşları
3."Məşriq"-1983-Ə.Ağaoğlu
4."Fikir"-1893-A.Çernyayevski
5."Sovqat"-1896-N.Nərimanov və S.Qənizadə.
6."Nübar"-1896-Qənizadə və Həbibulla bəy Mahmudbəyov
7."Tiflis"-1896-Məhəmməd ağa Şagtaxtlı.
8."Novruz"-1905-Mirzə Cəlil.
Məmmədli əlavə edib ki,1905-ci ildə çar Rusiyasının senzurları Mirzə Cəlilə qəzet nəşrinə icazə versələr də,o özü bundan imtina edir.