“Deputatların əksəriyyətini Milli Məclisə Ramiz Mehdiyev gətirib. Onlardan bir neçəsinin adını çəkə bilərəm”.
1xeber.media xəbər verir ki,bu sözləri Globalinfo.az-a Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.
O qeyd edib ki, təkcə deputatlar deyil, bəzi məmurlar da Ramiz Mehdiyevin istəyi ilə vəzifəyə gəliblər:
“Deputat Ziyad Səmədzadə, Musa Qasımlı, Mixail Zabelin və digərləri onun adamıdır. Ən yaxın adamlarından biri isə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlıdır. İnanın ki, deputatların əksəriyyəti Mehdiyevlə yaxındırlar. Onu da deyim ki, həmin millət vəkilləri Ramiz Mehdiyevlə bu gün də sıx təmasdadırlar. Ona görə də onu “vurmurlar”. Şəxsən elə deputat , elə nazir tanıyıram ki, vaxtilə dəsmalını çıxarıb, Ramiz Mehdiyevin ayaqqabısını silib”.