1xeber.media xəbər verir ki, qısa bir müddət ərzində ölkəmizində sayılıb seçilən proqramlardan olan və Ruhi xanım Əliyevanın təqdimatında yayımlanan "Qaranlıqda Həqiqət" layihəsinin növbəti qonağı Azərbaycanı dünyaya tanıdan, böyük alim və şəxsiyyət, professor Rafiq Əliyev oldu.
Proqramdan sonra Ruhi xanım özünün Instagram səhifəsində paylaşım edərək Rafiq Əliyevlə bağlı təəssüratlarını bölüşüb:
"Belə bir nəhəng alimin olduqca sadə hayat sürməsi, səmimilliyi və obyektivliyi məni heyran etdi. Məncə professor Rafiq Əliyev Azərbaycan elminin mayakı, dünya elminin isə brendidir. Süni intellektin bəşəriyyətin gələcəyi üçün müsbət, eyni zamanda dəhşətli tərəflərini açıqlayan Rafiq müəllimlə müsahibənin sizin də xoşunuza gələcəyinə əminəm".
Qeyd edək ki, verilişi tam olaraq @r_tvmedia -nin YouTube kanalında izləyə bilərsiz.