1xeber.media xəbər verir "Liatris Holding"-in rəhbəri Ruhi xanım Əliyevanın aparıcısı olduğu "Qaranlıqda Həqiqət" proqramının növbəti qonağı şair Rüstəm Behrudi olub.
Xatırladaq ki, qısa müddətdə böyük izləyicisi olan proqram RTV kanalında yayımlanır.
Ruhi Əliyeva Rüstəm Behrudi ilə birgə yayımlanacaq proqramla bağlı özünün facebook səhifəsində paylaşım edib:
"Dəyərli şairimiz Rüstəm Behrudi RTV-də yayımlanan yeni layihəmiz “Qaranlıqda həqiqət” proqramının qonağı oldu. Şairlə müsahibə çox maraqlı keçdi.
Rüstəm Behrudinin Ordubaddan Bakıya gəlişindən tutmuş, paytaxtda ilk qarşılaşdığı hadisənin maraqlı təəssüratı, kənddə müəllimlik fəaliyyəti və Türk dünyasında şeirlərinin hansı emosional duyğular yaratdığı barədə söhbətlərimiz oldu.
Şairimizin həyat yolunun müxtəlif mərhələlərini izləyərək, onun zəngin təcrübəsini dinləmək çox faydalı və maraqlı idi. Rüstəm Behrudi yazdığı şeirlərlə sadəcə Azərbaycan oxucularını deyil, Türk dünyasını da dərindən təsirləndirmiş bir sənətkardır. O, müasir dövrümüzdə Türk ruhunun özəlliklərini yaşatmağa davam edən böyük şairdir.
Rüstəm Behrudi şeir və söz sənətinin əsl ustası olaraq həm Azərbaycan ədəbiyyatında, həm də ümumilikdə Türk ədəbiyyatında özünəməxsus yer tutur.
Ümid edirəm ki, Rüstəm Behrudi ilə müsahibəni RTV-nin tamaşaçıları maraqla izləyəcək. Şairlə müsahibə dekabrın 11-də saat 21:00-da yayımlanacaq."
Fotoları təqdim edirik: