Respublika və beynəlxalq fənn olimpiadalarında dəfələrlə qalib olmuş Bakı Türk Liseyinin məzunu Sevinc Mahmudova dünyanın ən nüfuzlu universitetlərinin reytinq lideri olan Massaçusets Texnologiya universitetinə (MIT) qəbul olunub.
1xeber.media xəbər verir ki,Sevinc Mahmudova Respublika Fənn Olimpiadalarından 1 qızıl, 2 gümüş medal, Avropa Qızlar Riyaziyyat Olimpiadasından (EGMO) 2 bürünc medal, Beynəlxalq Riyaziyyat Olimpiadasından (IMO) isə 1 bürünc medal qazanıb.
O, hazırda Cənubi Koreyanın Qabaqcıl Texnologiyalar İnstitutunun (KAIST) I kursunda təhsil alır.
Uğur olsun!