Mikayıl Cabbarovdan "Yaşıl Artım Portal"ı ilə bağlı paylaşım
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin (Harvard University) əməkdaşlığı əsasında hazırlanaraq #COP29-da (COP29 Azerbaijan) təqdim olunan Yaşıl artım portalı (https://growthlab.app/greenplexity) ölkələrə və investorlara yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək.
1xeber.media xəbər verir ki, bununla bağlı İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün Facebook səhifəsində paylaşım edib.
Nazir qeyd edib ki, Universitetin "Growth Lab" (Harvard's Growth Lab) Beynəlxalq İnkişaf Mərkəzinin təsisçisi və direktoru, professor Rikardo Hausmanın rəhbərliyi ilə yaradılmış interaktiv alət yaşıl dəyər zənciri üzrə tədqiqat məlumatlarını əhatə edir.
Yaşıl artım portalı karbonsuzlaşmaya xidmət edən yeni #sənaye sahələrinin, yeni bazarların və inkişaf istiqamətlərinin formalaşmasını stimullaşdıracaq. Karbonsuz iqtisadiyyat üçün təchizatçı olmaq yaşıl artıma və qlobal emissiyaların azalmasına töhfə verəcək deyə, Mikayıl Cabbarov bildirib.
Professor Rikardo Hausmanın mövzu ilə bağlı etdiyi çıxışın video görüntülərini təqdim edirik: