Milli Məclisin gələn il üçün xərclər smetası dəyişib, 1 milyon manata qədər artırılır.
"Milli Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında" qərar layihəsinin ilkin variantına əsasən, Milli Məclisin və onun aparatının xərclər smetası 51 851 447 manat olacaq.
Həmin vəsaitin 29 396 034 manatı ştatda olan işçilərin əmək haqqına, 2 235 143 manatı əməyin ödənişi ilə bağlı digər pul ödənişlərinə yönəldiləcək.