Şuşada görünməmiş biabırçılıq: Şəhid adını divara yazmaq hörmətdir, yoxsa vandalizm?
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin son müraciəti cəmiyyətdə bomba effekti yaratdı. Şəhidlərin qanı ilə suvarılmış, üzərində hələ də güllə izləri olan müqəddəs qaya daşlarının bəzi turistlər tərəfindən yazılıb korlanması kəskin etirazlara səbəb olub. Nizami Kino Mərkəzindəki vandalizmdən dərs çıxarmayanların bu qeyri-peşəkar əməli uca xatirələrə hörmət yox, əksinə, onu dəyərdən salmaqdır!















