Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkət sakinlər evdə olduğu halda tikilinin bir hissəsini dağıdıb.
Bu barədə görüntülər yayılıb. Sözügedən sakinlərin şirkətin təklif etdiyi ödənişlə razılaşmadıqları iddia olunur.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin xilasediciləri əraziyə cəlb ediliblər.
"Əməliyyat şəraiti qiymətləndirilərkən dağıntı altında qalanın olmadığı müəyyən edilib", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.
1xeber.media xəbər verir ki,əmin tikinti şirkəti "Melissa Park"dır. Şirkətə sorğu ünvanlasaq da, cavablandırılmayıb.