Pirallahı Rayon İcra Hakimiyyətinin (RİH) icra başçısı Vasif İmanov özünə yeni müavin təyin edib.
İcra başçısı bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Məmmədhüseynova Zülfiyyə Xası qızı başçının müavini təyin olunub. O, mayın 21-dən yeni vəzifəsinin icrasına başlayıb.
"İqtisadiyyat.az"-ın verdiyi məlumata görə, Z.Məmmədhüseynova yeni təyinatadək Xəzər rayonu E.Əliyev adına 234 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb. 1988-cü il təvəllüdlü Z.Məmmədhüseynova ixtisasca Azərbaycan dili və Ədəbiyyat müəllimidir.
Hazırda qeyd olunan məktəbə direktor vəzifəsinə isə təyinat olmayıb.