“Ermənistanın gələcəyi Azərbaycanla sülh müqaviləsinin imzalanmasından sonra olacaq”.
1xeber.media xəbər verir ki, bunu Türkiyə parlamentinin keçmiş deputatı Qaro Paylan Ermənistanın “İctimai” Televiziyasına müsahibəsində deyib.
“Əgər bu müqavilə imzalansa, həmin andan etibarən gələcəyimiz olacaq. İndi keçmişi müzakirə etmirik. Niyə? Çünki çox pis keçmişimiz var. İndi artıq bu haqda düşünməliyik: bəsdir, yoxsa (Azərbaycan və Türkiyə ilə) bu münaqişələr davam etməlidir? Məsələ bundan ibarətdir”, - erməniəsilli siyasətçi bildirib.
















