Bakının müxtəlif ərazilərində qanunsuz tikintilərin sayı durmadan artır. Xüsusilə Nizami rayonu bu baxımdan ön sıralarda yer alır.
Son günlərdə Nizami rayonunun Elşən Süleymanov küçəsində iki ayrı obyektin qanunsuz şəkildə inşa edildiyi müşahidə olunub. Yerli sakinlərin sözlərinə görə, bu tikintilər müvafiq icazə və sənədlər olmadan aparılır.