Xətai rayonunda növbəti qanunsuz tikinti işləri aparılır.
Məlumata görə Xətai rayonu Məzahir Rüstəmov küç. 2 ünvanında qanunsuz tikinti işləri aparılır.
Qeyd edək ki, bu tikintinin icazəsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumat yoxdur. Qanunsuz tikinti hansı səlahiyyətli şəxsin icazəsi ilə həyata keçirilir?
Dövlət Komitəsindən rəsmi icazəsi olmadan aparılan tikinti işlərini Xətai rayon İcra Hakimiyyətinin “razılığı” əsasında aparıldığı iddia olunur. Qanunsuz tikinti ilə bağlı Xətai rayon icra hakimiyyətindən və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən heç bir açıqlama almaq mümkün olmadı