Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vəzifəli şəxsi inzibati qaydada həbs edilib.
AAYDA-nın tabeliyində fəaliyyət göstərən “2 №-li X4 Yollarının Yaşıllaşdırılması və Ekologiyası” MMC-də sahə rəisi vəzifəsində çalışan 1981-ci il təvəllüdlü Taleh Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddələri ilə protokol tərtib olunub.
Hadisə Göygöl rayonunun Köşkülü kəndində baş verib. Bildirilir ki, Taleh Məmmədov Toğana kəndində ailəsi ilə birlikdə istirahət edərkən spirtli içki qəbul edib. Daha sonra o, avtomobilin idarəsini sərxoş olduğuna görə övladına tapşırıb.