İsti hava şəraiti gündəlik məişətimizdə daha həssas olmağımızı tələb edir. Çünki, isti hava istehlak etdiyimiz məhsulların bir çoxunu çox asanlıqla sıradan çıxarır. Bu da sağlamlığımız üçün ciddi risklərə yol açır. Küçələrdə qızmar günəş altında plastik qablarda su satışına addımbaşı rast gəlirik. Halbuki, plastik qablar günəş şüasının təsiri ilə kimyəvi proseslərə uğrayır. Bu isə son nəticədə sağlamlığımıza təhlükə yaradır.
Ölkənin əksər topdan və pərakəndə satış obyektlərinin qarşısında müxtəlif qablarda qablaşdırılımış suların alqı-satqısının həyata keçirildiyini görmək mümkündür.
Belə satış yerlərindən biri də Xocasən yolunda,20 yanvar metrostansiyasına gedən yolun üstündə yerləşir.Burada antisanitar vəziyyətlə yanaşı,isti havada,günəş şüaları altında qalan sular sağlamlığımıza ciddi təhlükə yaradır.
Sonra da deyirlər ki,ölkədə xərcəng xəstələrinin sayı durmadan artır.
Ekspertlər də bildirir ki,birmənalı şəkildə kimyəvi tərkibli maddələrin suya keçməsi insanların sağlamlığında problemlər yarada bilər.
Bu problemə nəzarət edən qurum niyə məsələnin ciddiliyini nəzərə almır?Ümid edək ki,bundan sonra nəzərə alınacaq.