Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi, hazırda axtarışda olan və dələduzluqda ittiham olunan iş adamı İlqar Hacıyev Bakı şəhəri, Badamdar ərazisində yerləşən dəbdəbəli villasına müştəri tapıb.
1xeber.media xəbər verir ki,Demokrat.az-ın əldə etdiyi məlumata görə, İlqar Hacıyevin bir neçə ildir 1,2 milyon manata satışa çıxardığı villasını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev alır.
Əldə etdiyimiz məlumata görə, tərəflər arasında aparılan uzun danışıqlardan sonra sözügedən villanın satış qiyməti 1 milyon manata razılaşdırılıb. Belə ki, 1 milyon AZN-nin 300 min manatı metronun “Gənclik” stansiyası ərazində yeni inşa olunmuş çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillə əvəzləşdirilib, 700 manatı isə nəğd formada ödəniləcək.
Artıq Anar Rzayevin adamları tərəfindən həmin villaya baxış da keçirilib.
Məsələ ilə bağlı AYNA-ya ünvanlanan informasiya sorğusuna hələlik cavab verilməyib. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.