Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) “Lukoil-Azərbaycan” QSC (VÖEN – 990006931) ilə satınalma müqaviləsi imzalayıb.
1xeber.media xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
“Lukoil-Azərbaycan” QSC Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sifarişi ilə bu quruma 5 min 500 manat dəyərində dizel yanacağı satacaq. Dizel yanacağı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan Zəngilan rayonu 13 nömrəli tam orta ümumtəhsil məktəbinin istilik sistemi üçün alınacaq.
Qeyd edək ki, Zəngilan rayonu 13 nömrəli tam orta ümumtəhsil məktəbinin Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 43 ünvanında – 109 saylı tam orta məktəbin binasında fəaliyyət göstərdiyi bildirilir.
















