Hesablama Palatasının auditinə əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) satınalmaları zamanı dövlət vəsaitlərinin səmərəli istifadəsi təmin olunmayıb.
Hesabatda qeyd olunur ki, 2023-cü ildə Agentlik tərəfindən Kosta-Rika mənşəli 51 949 dəst feromon tələsi 1,67 mln. manata yaxın vəsait hesabına satın alınıb. Bir dəstin qiyməti 32,13 manat səviyyəsində rəsmiləşdirilib ki, bu da bazar şərtlərinə uyğun gəlməyib. İki ilə yaxın müddətdə istifadəsinə baxmayaraq, həmin tələlər dövlət sınağından keçirilməyib və qeydiyyata alınmayıb.