"Azərbaycan Reallığı"nın məlumatına görə, N.Məhəməliyev icra başçısı olduğu dövrdə tez-tez yaşıllıqların qırılmasına şərait yaratmaqda, obyekt tikintisinə qanunsuz icazələr verməkdə və büdcə vəsaitlərinin mənimsənilməsində hallanıb. Deputat kimi fəaliyyəti dövründə isə xüsusi aktivliyi ilə seçilməyib.
Balakən seçiciləri də sosial şəbəkələrdə dəfələrlə onun fəaliyyətsizliyindən narazılıqlarını ifadə ediblər. Onların sözlərinə görə, Məhəməliyev seçiciləri ilə maraqlanmayıb və yalnız şəxsi mənafelərini güdüb.