1xeber.media xəbər verir ki, Ukrayna və Avropanın bəzi müttəfiqləri ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşnerin Rusiya ilə sülh danışıqlarında iştirakına etiraz edirlər. Kiyevdə onun danışıqlardan kənarlaşdırılması çağırışları səsləndirilir.
Ukrayna Ali Radasının Xarici əlaqələr komitəsinin rəhbəri Aleksandr Merejko Kuşner və Stiv Uitkoffun danışıqlarda dəyişdirilməli olduğunu bildirib. Onun sözlərinə görə, hər iki nümayəndənin Ukraynaya yanaşması Kiyevin maraqları ilə uzlaşmır.
Narazılığa Kuşnerin müsahibəsində Vladimir Putinin nüvə silahından istifadə etməməklə «təmkin nümayiş etdirdiyini» söyləməsi və müharibəni Avropanın maliyyələşdirdiyi, Ukraynanın isə silahlandırıldığı dolayı qarşıdurma kimi xarakterizə etməsi səbəb olub.
Bu açıqlamalar Ukrayna və Avropadakı siyasi dairələrdə tənqidlərə yol açıb.
















