Rusiya Prezidenti Vladimir Putin oktyabrın 8-9-da Tacikistanda səfərdə olacaq və bir sıra ölkə liderləri ilə ikitərəfli görüşlər keçirəcək.
1xeber.media xəbər verir ki, bu barədə Putinin köməkçisi Yuri Uşakov açıqlama yayıb.
O bildirib ki, Düşənbədə PutinləPrezident İlham Əliyev arasında da görüş istisna edilmir.
Qeyd edək ki, Vladimir Putin MDB sammitində iştirak etmək üçün Tacikistana səfər edəcək.