Keçmiş millət vəkili Gülər Əhmədova Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmovla bağlı “Ramiz Mehdiyevin kölgəsində milyarder olan elm adamı, akademik...” başlıqlı paylaşım edib.
1xeber.media xəbər verir ki, o bildirib ki, əslən Amasiya rayonundan olan akademik Abel Məhərrəmov “Ramiz müəllim, sizin xidmətinizi böyük qiymətləndiririk. Biz xırda adamlarıq, sizin xidmətinizi xalq da böyük qiymətləndirir. Bu uğurların həyata keçməsinə siz rəhbərlik etmisiniz” deyərək hələ 2020-ci ildə R. Mehdiyevə yaxın olduğunu onun nəvəsinin toy mərasimində təsdiq etmişdi.
“Bəli, Ramizə hələ daha çox tərif yağdırmalıydı. Çünki onun sayəsində 50-yə yaxın mükafata, o cümlədən, 1999-cu il – "Yusif Məmmədəliyev adına medal"ı ilə təltif edilmişdi.
G. Əhmədova daha sonra A. Məhərrəmovun aldığı mükafatların siyahısını yayıb: