1xeber.media xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski ölkənin Dnepr çayı boyunca iki hissəyə ayrılması ehtimalından narahatlığını ifadə edib.
Zelenskinin sözlərinə görə, Ukraynanı qarşıda çətin qış mövsümü gözləyir. Xüsusilə hava hücumundan müdafiə sistemlərinin, o cümlədən “Patriot” komplekslərinin təminatı və Dnepr üzərindəki körpülərin vəziyyəti ciddi problemlər yaradır.
“Bəli, bu, çox ağır qış olacaq və hava hücumundan müdafiə sistemləri, Patriot kompleksləri, körpülərlə bağlı böyük çətinliklər var. İndi onlar Dneprin iki sahilini bir-birindən ayırmaq istəyirlər”, – deyə Ukrayna lideri bildirib.
Xatırladaq ki, noyabrın 20-də Rusiya Silahlı Qüvvələrinin Kiyevə ballistik raket zərbələri endirdiyi və nəticədə Dnepr üzərindəki üç körpünün zədələndiyi barədə məlumat yayılıb.
Məlumatda bu hücumların noyabrın 16-dan 19-dək Ukraynanın Krım körpüsünə endirdiyi zərbələrdən sonra baş verdiyi iddia olunur.
Bundan əvvəl Luqansk Xalq Respublikasının keçmiş xalq milis polkovnik-leytenantı Andrey Maroçko Rusiya ordusunun Dnepr üzərindəki körpülərə zərbələrinin Ukrayna qoşunlarının Donbas və Novorossiya istiqamətində nəzarətində olan ərazilərə hərəkətini əhəmiyyətli dərəcədə azaltdığını iddia etmişdi.
















