Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov oktyabrın 31-i və noyabrın 1-i Kürdəmir Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
1xeber.media xəbər verir ki, nazir əvvəlcə Kürdəmir rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra rayon polis şöbəsinin inzibati binasında Kürdəmir, Ucar, Hacıqabul, Göyçay, Ağdaş, Ağsu, Şirvan və digər bölgələrdən gələn 315 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

















