Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov nazir əvəzi Rəşad İsmayılovun başinin üzərində qəribə işlər çevirir, Rəşad müəllimin isə çox güman ki, bu işlərdən xəbəri yoxdur.
Artıq Vüqar Kərimovun adı neçə illlərdir ekologiyanın "qara" işlərində tez-tez hallanır.
Belə ki, meşələrimiz artıq qlrılmaqdan tükənib.
Adları "Qırmızı Kitab"a daxil edilmiş və digər ağac cinsləri kəsilərək işlik material kimi sexlərə daşınır, dövlət meşə fondu torpaqlarının təyinatı Nazirlər Kabinetinin qərarları olmadan çöldən-çölə dəyişir,
1, 3 və 13 saylı Regional Meşə Təsərrüfatları Mərkəzlərində sahibkar və vətəndaşlar tərəfindən kənd təsərrüfatı bitkiləri (pambıq , yonca, qarpız , yemiş və s.) əkilir və qanunsuz aqrobağlar salınır, dövriyyədə olan əkinlər mühafizə olunmadığı üçün mal-qaranın tapdağı altında qalaraq məhv olur, torpaq isə deqradasiyaya uğrayır, səriştəsiz və savadsız adamlar rəhbər vəzifələrə gətirilir.
Regional Meşə Təsərrüfatları Mərkəzlərində lap qədimdən, Regional Mərkəz olmamışdan öncə İdarənin "ana sütunu" adlan baş meşəbəyi-müavin ştatı vardır və İdarənin ən çətin işlərin onlar görür, və ən çox məsuliyyət də onların üzərinə düşür.
Vüqar Kərimov 2022-ci ildə Regional Meşə Təsərrüfatları Mərkəzlərinə ikinci müavin, yəni mühafizə üzrə direktor müavini ştatın yaratdı və o yerlərə öz yaxın adamlarını yerləşdirdi.
Onların əli ilə meşələr daha da qırılmağa başladı.
Demək olar ki, mühafizə üzrə müavinlər heç bir iş görmür və bütün günü vaxtların kabinetdə oturub keçirirlər.

















