Bir ilə yaxındır ki, Azərbaycanın boş qalan ekologiya və təbii sərvətlər naziri vəzifəsinə yeni iddialı üzə çıxıb.
Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi xəbər görə, bu, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin rəhbəri Zakir İbrahimovdur.
Amma onun nazir olmaq istəyi baş tutmur.
Məlumata görə, Zakir İbrahimovun nazir təyin olunması ilə bağlı təqdimat Prezident Administrasiyasında olsa da bu təyinat nədənsə gecikir.















