Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi “İmprotex Motors” MMC və ona bağlı şirkətlərin cari il ərzində bağladığı dövlət müqavilələrini araşdırılıb. Məlum olub ki, şirkətlər müxtəlif nazirliklər və dövlət qurumları ilə yüksək məbləğli müqavilələr imzalayıblar.
Araşdırmaya görə, “Improtex Motors” və “IMPROTEX TRUCKS AND BUSES” MMC-nin ümumi aldığı dövlət sifarişlərinin məbləği təxminən 8.5 milyon AZN-dən çoxdur.
8.5 milyondan çox tenderin qalibi olan şirkətin rəhbəri Füzuli Ələkbərovun bacısı oğlu Fərid Cəfərovdur və o, hazırda Mədəniyyət naziri Adil Kərimlinin müavinidir.
















