Şabran-Qalaltı yolunda aprel ayında yağan yağış və sel nəticəsində dağılmış körpü indiyə qədər bərpa edilməyib. 8 aydır körpünün bərpası üçün heç bir iş aparılmayıb.
1xeber.media xalq.online-yə istinadla xəbər verir ki, bu barədə Şabran rayon sakinləri video paylaşıblar. Sakinlər bildirib ki, körpü dağllandan sonra kənarda yola bir boru basdırıb hərəkəti bərpa etmişdilər.Ancaq bu da müvəqqəti yol olub. Çünki alternativ yol kimi istifadə edilən yol da bərbad vəziyyətdədir və yük maşınlarının hərəkəti mümkün deyil.
Sakinlər bildirir ki, Şabran rayon İcra Hakimiyyəti 8 ayda nə körpünün təmiri, nə də alternativ yolun düzəldilməsi üçün heç bir iş görməyib:

















